Zaqatalada minik maşını toqquşdu – YARALILAR VAR

Zaqatalada iki avtomobil toqquşub, xəsarət alanlar var.

APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.

“VAZ 2106” və “VAZ 21099” markalı iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər rayon sakini - 1952-ci il təvəllüdlü Şamsu Orucova və 1992-ci il təvəllüdlü Emil Hacıəhmədov xəsarət alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan Şamsu Orucovanın vəziyyəti orta-ağır qiymətləndirilir. Emil Hacıəhmədovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv