Zaqatalada oğurluq edən Saatlı sakini avtovağzalda tutuldu
Zaqatalada evdən pul oğurlayaraq qaçmaq istəyən Saatlı sakini avtovağzalda həbs edilib.
APA TV-nin şimal-qərb bürosunun xəbərinə görə, yanvarın 5-də axşam saatlarında Zaqatala rayonunun Dardoqqaz kənd sakini Mövludə Ramazanova Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
Daxil olmuş müraciətlə əlaqədar Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Saatlı sakini, 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib. Sənan Bayramov cinayəti işlətdikdən sonra Bakıya qaçmaq istəyərkən Zaqatala avtovağzalının ərazisində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. Oğurladığı pullar ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.