Zaqatalada onu görən hər kəs şəkil çəkdirir

Zaqatala sakini babasından yadigar qalan retro maşına yeni həyat verib.

APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, rayonun Aşağı Tala kənd sakini Azər İmamovun retro maşınını görənlər heyrətini gizlədə bilmir. Kiçikliyi və gözəl rəngi ilə diqqət toplayan maşın vaxtı ilə Azərin babasına aid olub. Ötən əsrin 70-ci illərindən son illərə kimi istifadəsiz qalsa da müsahibimizin retro maşınlara olan marağı onu bu maşını işlək vəziyyətə gətirməyə sövq edib.

Azər deyir ki, avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb.

Onun sözlərinə görə, 1958-ci ildə Rusiya Federasiyasında istehsal olunan maşını görən hər kəs maraqla baxır və foto şəkil çəkdirir. Avtomobil sahibinin sözlərinə görə, avtomobili almaq üçün yüksək məbləğlərdə pul təklif edənlər də olub, lakin o, satmaq istəməyib.

Azər İmanov həmin avtomobillə 2019-cu ildə Bakı şəhərində keçirilən Reto Avtomobillərin yürüş sərgisində iştirak edib. Avtomobil sərgidə böyük marağa səbəb olub.

 

Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV, Zaqatala

Müəllif | Apa.Tv
Apa.tv