Zaqatalada sürücülər bu qaydaya əməl etmədiyinə görə cərimələndi 

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

APA TV-nin məlumatına görə, keçirilən tədbir zamanı 40-dan artıq avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Bu zaman bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Həmin avtomobil sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb.

Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Müəllif | Apa.Tv
Apa.tv