Zaqatalada üç otaqlı ev yandı – XƏSARƏT ALAN YOXDUR

Zaqatalada fərdi yaşayış evi əşyaları ilə birlikdə yanıb.

APA TV-nin məlumatına görə, rayonun Danaçı kənd sakini Taleh Dirayevə məxsus, ümumi sahəsi 110 kvadratmetr olan üçotaqlı birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilərək alov söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv