Zaqatalada uşaq bağçası yandı

Zaqatalada  rayonunda körpələr evi - uşaq bağçası yanıb. 

APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Bəhmətli kəndində ümumi sahəsi  220 kv/m olan körpələr evi - uşaq bağçasında baş verib. Yanğın nəticəsində binanın yanar konstruksiyaları,  içərisində olan avadanlıq və sənədlər yanaraq kül olub.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı müvafiq araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv