Zaqatalada velosipedçini maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR

Zaqatalada velosipedçini maşın vurub.

APA TV-nin məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Veysəl Balabəyov velosipedlə hərəkətdə olarkən  “Mercedes” markalı minik avtomobili onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Veysəl Balabəyov xəstəxanaya yerləşdirilib.

Ona qapalı kəllə-beyin travması və 5-ci boyun fəqərəsinin qəlpəli sınığı diaqnozu qoyulub.

Veysəl Balabəyovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün paytaxtda gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv