Zaqatalada yeniyetmə dəm qazından boğuldu

Zaqatalada yeniyetmə dəm qazından zəhərlənərək ölüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qazangül qəsəbəsinin ərazisində baş verib.

Yaxınlarının dediyinə görə, 13 yaşlı Akif Xasiyev vanna otağında halı pisləşərək huşunu itirib. Dərhal hamamdan çıxarılan gəncə yaxınları tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya aparılıb.

Həkimlərin səyinə baxmayaraq, Akif Xasiyev xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv