Zavod ərazisində yanğın baş verdi
APA TV-nin məlumatına görə, hadisə Zaqatala şəhəri Azərbaycan prospekti 33 ünvanında yerləşən və hazırda fəaliyyət göstərməyən sovet dövründə tikilmiş fındıq emalı zavodunun həyətində baş verib. Yanğın nəticəsində 100 kv/m sahədə quru ot və kol-kos yanıb. Əraziyə Zaqatala rayon Dövlət yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.