Zədə sonrası səhv müdaxilə iddiası: “DİFAİ” futbolçusu ilə məhkəmədə üz-üzə
“DİFAİ” Futbol Klubunun qolkiperi Aleksandr Prikrostov məşqdən sonra ayağında problem yaşayıb. Futbolçunun iddiasına görə, klubun prezidenti Asəf Məlikov onu xəstəxana əvəzinə, Binədə, ev şəraitində fəaliyyət göstərən bir sınıqçının yanına aparıb. Futbolçu bildirir ki, qeyri-peşəkar müdaxilə nəticəsində vəziyyəti daha da ağırlaşıb.