Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq. 

APA TV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir. 

Hər il noyabrın 8-i Zəfər Günü olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv