Zəfər Günündə avtoxuliqanlıq edib qəza törətdi
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA TV-yə verilən məlumata görə, Samux rayon sakini Mirzə Rzayevin Zəfər Günündə qohumuna məxsus “VAZ 2106” markalı avtomobillə avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayındığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşdığı məlum olub.
Həmin şəxs barəsində protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.