“Zəfərin izi ilə” – APA TV-DƏ YENİ LAYİHƏ
“APA Group” “Zəfərin izi ilə” adlı yeni layihəyə başlayır.
APA TV-nin xəbərinə görə, layihə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlarımıza həsr olunub.
Bu günlərdə “APA Group”a daxil olan APA İnformasiya Agentliyinin və APA TV-nin bir qrup əməkdaşı erməni işğalından azad olunan rayonlara ezam olunub.
Eyni zamanda ermənilərin işğal etdikləri kənd və şəhərlərdə apardıqları talan işləri, dağıntıların miqyası, flora və faunaya vurduqları zərər, ortaya çıxan ekoloji terror və digər faktlar silsilə reportajlar şəkilində izləyicilərə çatdırılacaq.
Bizi izləməkdə davam edin!