Zəhərlənən qadın öldü
Qazaxda bədbəxt hadisə baş verib.
APA TV xəbər verir ki, rayonun Birinci Şıxlı kənd sakini 1968-ci il təvəllüdlü Qəmər Ömərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Qazax rayon prokrorluğunda araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Qazax