Zelenski saqqal buraxdı - SƏBƏB
Ukrayna prezidenti Vladimir Zelenski çexiyalı həmkarı Miloş Zemanlıa görüşə üzünü təraş etmədən gəlib.
APA TV-nin “Reuters”ə istinadən xəbərinə görə, indiyədək bığ-saqqal tərəfdarı kimi tanınmayan Zelenskinin bu görkəmi görənlərdə təəccüb yaradıb.
Zelenski isə məsələyə belə aydınlıq gətirib: “Ukrayna gəmilərinin ölkəmizə qayıdacağı günü səbirsizliklə gözləyirəm. Yalnız onlar gələndən sonra üzümü qırxacağam. Ukraynaya məxsus olan hər bir şeyin qaytarılması uğrunda hər gün kiçik addımlar atırıq”.
Qeyd edək ki, ötən il Rusiya Federal Təhlükəsizlik Bürosu Kerç boğazında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus iki kateri və buksiri dövlət sərhədinin pozulması ittihamı ilə saxlayıb. Sentyabr ayında gəmilərin heyətləri saxlanılan şəxslərin mübadiləsi çərçivəsində azad edilib. Rusiya Xarici İşlər Nazirliyi noyabrın 18-də bəyan edib ki, katerlər və buksir Qara dənizin neytral sularında Ukrayna tərəfinə təhvil verilib. Onların Odessaya gəlişi noyabrın 20-21-də gözlənilir.