Zəncirvari qəzada ölən piyadanın kimliyi bəlli oldu
Ötən gecə Gəncədə zəncirvari qəzada ölən piyadanın şəxsiyyəti müəyyən edilib.
Ölən şəxs Gəncə şəhəri Bayan küçəsinin sakini 1992-ci il təvəllüdlü Ramin Musayevdir. Zəncirvarı qəzada "VAZ-2106” sürücüsü 2001-ci il təvəllüdlü Hüseyn Məmmədov da xəsarət alıb. Onun avtomobili zərbənin təsirindən yararsız hala düşüb.
Qeyd edək ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Hərəkətdə olan "Mercedes", "VAZ-2106" və "Daewoo Nexia" markalı minik maşınları toqquşub.
Faktla bağlı araşdırma aparılır.