"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

Qərbi Azərbaycan İcmasında Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvü ilə görüş keçirilib. Görüşdə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Azərbaycanlıların ötən əsr boyunca dörd dəfə öz doğma torpaqlarından qovulması,bu hadisələr zamanı azərbaycanlılara qarşı törədilmiş cinayətlər barədə danışıb.

Türkiyə parlamentinin deputatı Şamil Ayrım 5 gündür Azərbaycanda olduqlarını, yüksək səviyyəli və səmərəli görüşlər keçirdiklərini diqqətə çatdırıb.

Türkiyəli deputat Yunis Kılıçı Türkiyənin daima Azərbaycanın yanında olduğunu, dəstəklədiyini bildirib.

İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Azərbaycan - Türkiyə dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov deyib ki, öz doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların Ümumdünya İnsan haqları Bəyannaməsi və digər beynəlxalq konvensiyalar çərçivəsində tanınmış hüquqlarının təmin edilməsi üçün beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.

 

Müəllif | Apa.Tv
Apa.tv