Zəngilanın Ağalı kəndinə daha 10 ailə köçürülüb
Zəngilan rayonunun işğaldan azad edilərək yenidən qurulan Ağalı kəndinə Böyük Qayıdışın növbəti mərhələsi reallaşıb.
Bu gün səhər saatlarında Bakı və Sumqayıt şəhərlərindən yaşamaq üçün Zəngilanın Ağalı kəndinə yola düşən 50 nəfərdən ibarət 10 ailə mənzil başına çatıb.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov bildirib ki, bu mərhələdə Ağalıya 94 nəfərdən ibarət 20 ailə köçürülür, köç iki gün davam edəcək:
Növbəti köç prosesi isə mart ayının 3-də baş tutacaq. Həmin gün 44 nəfərdən ibarət 10 ailə də köçkünlük həyatına son qoyacaq.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 86 ailə, 420 nəfər köçürülüb.