Zəngilanın şəhid polisləri haqqında film çəkilib

Bu gün Zəngilan rayon 28 nömrəli tam orta məktəbdə Zəngilanın işğalına və Qarabağ döyüşlərində şəhid olmuş yeddi polisin xatirəsinə həsr olunmuş “Yeddi Polis” sənədli filminin təqdimatı keçirilib.

APA TV-nin xəbərinə görə, öncə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra dövlət himni səsləndirilib.

Təqdimatda Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxışçılar zəngilanlıların uzun müddət təcavüzkara müqavimət göstərib, öz torpaqlarının müdafiəsində fədakarlıqla dayandıqlarını bildiriblər.

 

Sonda film nümayiş etdirilib.

Qeyd edək ki, filmin rejissoru Zaur Akifoğludur.

 

Müəllif | Apa.Tv
Apa.tv