Zərdabda kişi həyat yoldaşını boğaraq qətlə yetirib

Zərdabda kişi həyat yoldaşını boğaraq qətlə yetirib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1965-ci il təvəllüdlü Məhərrəm Şükür oğlu Aslanov qısqanclıq zəminində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Rahilə Şahvələd qızı Aslanovanı boğaraq öldürüb.   

 

Hadisəni törədən M. Aslanov saxlanılaraq istintaqa təhvil verilib.          

                                                                                                                                                                                       Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.     

 

Zahid Abışov                                                                                                                               

Devran Əsgərov

Müəllif | Apa.Tv
Apa.tv