Zərdabda koronavirus xəstəsi barədə cinayət işi açıldı
Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi barədə cinayət işi başlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Xanməmmədli kəndində yaşayan və koronavirus xəstəsi olan Eşqin Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı müəyyən edilib.
Polislər tibbi prosedurları gözləməklə Eşqin Məmmədovu evindən kənarda olan zaman müəyyən edərək yaşadığı evə qaytarıblar.
Onun barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.