Zərdabda narkotik yetişdirən keçmiş məhkum yaxalandı
Zərdabda keçmiş məhkum narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olduğu üçün yenidən saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Çallı kənd sakini Mətləb Əhmədov saxlanılıb.
Ona məxsus evin bağ sahəsinə baxış zamanı çəkisi 2 kiloqram 325 qram olan 7 ədəd narkotik tərkibli, əkilib-becərilməsi qadağan olunmuş xaş-xaş kolu aşkar edilib.
Mətləb Əhmədov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb istintaq tədbirləri davam etdirilir.