Zərdabda narkotik yetişdirən şəxs tutuldu

Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları narkotik yetişdirməkdə şübhəli bilinən rayonun Alıcanlı kənd sakini Orxan Əmirovu yaxalayıb.

Ona məxsus torpaq sahəsinə baxış zamanı yaş halda çəkisi 2 kiloqram 105 qram olan çətənə kolu aşkar olunaraq götürülüb.

Faktla cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv