Zibil poliqonu sönmür, şəhərdə göz-gözü görmür
Şirvan şəhərinin tonlarla məişət tullantıları şəhərin cənub hissəsinə - düzən ərazidə yerləşən zibil poliqonuna boşaldılır.
APA TV-nin yerli bürosu xəbər verir ki, sənaye müəssisələri, neft mədənləri, neft çənləri, yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşən poliqonda hər gün onlarla hektar ərazidə tullantılar yandırılır. Sakinlər yanğınlar nəticəsində Şirvanı bürüyən tüstüdən bezar olduqlarını bildirirlər. Sakinlər deyir ki, yandırırlar tüstüdən nəfəs ala bilmirik, yandırmırlar böyüdükcə böyüyür. Yaranan zibil dağı da mal-qaranın ölməsinə səbəb olur.
Məsələyə münasibət bildirmək üçün Şirvan şəhər İcra hakimiyyəti yanında Şirvan Kommunal Kombinatı müəssisəsinə müraciət etdik. Cavab isə bu oldu.
Fakt isə odur ki, Şirvanın zibillik problemi ilə bağlı konkret addımlar atılmır. Mütəxəssislər isə o fikirdədir ki, problemin qarşısının alınması üçün müvəqqəti addımlar atmaq olar. Onların fikrincə zibillərin düzgün çeşidlənərək basdırılması, tullantıların müasir standartlara cavab verən digər müəssisələrdə xüsusi qaydada məhv edilməsi yolu ilə zibillik problemi müvəqqəti də olsa həll edilə bilər.
Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV