Zirə və Şüvalanda söküntü işləri: “Tikintiyə icazə sənədi yoxdur”

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirir. Bu çərçivədə Bakı şəhəri, Xəzər rayonu Zirə və Şüvəlan qəsəbələri ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Xəzərə rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sektor müdiri bəzi tikililərin daha əvvəl də söküldüyünü diqqətə çatdırıb. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi vətəndaşlara müraciət edərək bildirdi ki, hər hansı bir tikintiyə başlamazdan əvvəl yerli icra hakimiyyəti orqanlarına müraciət olunmalıdır. İcazəsiz tikili qanunsuz sayılır

SÜNBÜL HÜSEYNOVA

RASİM BƏHRAMİ

APA TV

Müəllif | Apa.Tv
Apa.tv