Yanğında ölən şəhid sayılırmı? Ölən uşaqların valideynləri ilə axirətdə görüşü, xilasedicilərin mükafatı...

"Nəfs "Qurani-Kərim"də bir neçə mənada işlədilir". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyatçı Ceyhun Şükürov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, ümumilikdə nəfs insanı xeyrə, yaxud da şərə sövq edən, daim pis əməllərə yönəldən səbəbdir: "Bilmək lazımdır ki, nəfs tərbiyə olunandır. İnsan hər zaman nəfsini nəzarətdə saxlamağa çalışmalıdır. Nəzarətdən çıxandan sonra nəfsi qorumaq mümkün deyil".

 

İlahiyyatçı qeyd edib ki, "Qurani-Kərim"də əsasən üç nəfsdən bəhs olunur: " Birincisi insanı haram və günahlara sövq edən nəfsdir. İkincisi yaxşılıq və pislik edən, amma etdiyi pisliyə görə özünü qınayan, peşman olan, günahlardan uzaqlaşmağa çalışan nəfsdir. Bu möminlərə xas nəfs hesab olunur. Uca Allah  "Qiyamə" surəsinin ikinci ayəsində belə buyurur: " And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)". Rəbbimiz qınayan nəfsə and içir".

 

C.Şükürov üçüncü kateqoriyaya aid olan nəfsin razı qalan nəfs olduğunu bildirdi: " Bu ancaq günahlardan uzaq olan, Allahın əmrlərini yerinə yetirib, haram və qadağalardan çəkinən nəfsdir. "Fəcr" surəsində belə bildirilir: " Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” Qiyamət gününədək saxlanılan nəfslər var. Ayədə bildirilən bu nəfs günah etmədən, Allahın razılığını qazanmış şəkildə, sorğu-sualsız Cənnətə daxil olacaqdır. Rəbbimiz belə nəfsə böyük mükafatı vəd edir. Allah hər müsəlmana belə bir nəfs nəsib etsin".

 

İlahiyyatçı əlavə edib ki, nəfs və şeytan ayrıdır: "Bir az öncə də qeyd etdiyimiz kimi nəfs tərbiyə olunandır. Bəzən nəfsə lənət oxuyanlar da olur. Bu doğru deyil. Bilmək lazımdır ki, nəfs nəzarətimizdən çıxdığı zaman düşmənimiz olur. Tərbiyə edildiyi müddətcə bizim dostumuzdur. Şeytan nəfslə insana təsir etməyə çalışır, təkəbbürlük yaradır. Bəzən insan xəta edir, amma günahını boynuna almaq istəmir. Özünə müxtəlif bəhanələrlə bəraət qazandırmağa çalışır. Çünki şeytani nəfsi ona vəsvəsə edir, pis əməli gözünə gözəl göstərir. Lakin hər kəs bilməlidir ki, etdiyi zərrə qədər də  günah cəzasız qalmayacaq". 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR