İslama görə homoseksualizm:İnsanı Allah homoseksual yaradır?
İslama görə homoseksuallıq xəstəlikdi, yoxsa günah? İslam müsəlmana cinsini dəyişməyə icazə verirmi? İki cinsiyyət orqanı ilə doğulan insanın dində hökmü: kişi, yoxsa qadın sayılır? Lut tayfası hansı ölkənin ərazisində yaşayıb? Dünyanın ilk homoseksualları kimlər olub və harada yaşayıb?
“ “Qurani-Kərim” də Lut qövmündən azğın bir tayfa kimi bəhs olunur və bununla bağlı ayələr var. Dini qaynaqlara görə, bu tayfa homoseksuallıq kimi çirkin əməllə məşğul olub. Onlar hətta öz qəsəbələrinə qonaq gələn insanlara da əzab verir, lüt soyundurur, təcavüz edirdilər. Bu qövmün kişiləri qadınlarından əl çəkib kişilərə meyl edirdilər. Lut peyğəmbər onları dəfələrlə doğru yola dəvət etsə də bütün çağırışları cavabsız qalır və sonda Allah onları dəhşətli ölümlə cəzalandırır”.
APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov "Yaşıl orta" verilişində deyib. Lut qövmünün müzakirə olunduğu verilişdə araşdırmaçı Savalan Məmmədli də iştirak edib. Hər iki qonaq mövzu ilə bağlı tamaşaçılara ətraflı məlumat verib. R.Məmmədov bildirib ki, homoseksuallıq cəmiyyət üçün bir bəladır: “İslama görə insan cinsini dəyişə bilməz. Dinimiz bunu birmənalı şəkildə qəbul etmir. Kişilərin qadın meyilli olması haramdır və bu yolverilməzdir. Tək “Qurani-Kərim”də deyil, “Tövrat”da, “İncil”də də bu barədə qeydlər var. Bütün halda tövbə qapısı homoseksuallar üçün də açıqdır. Peşman olub, bu əməldən çəkinib tövbə edə bilərlər”.
Araşdırmaçı Savalan Məmmədli isə bildirib ki, Lut qövmünün yaşadığı Sədum şəhəri indiki Ölü dənizin ərasizində yerləşib: “ Həmin məkanda arxeoloji qazıntılar aparılıb. Tədqiqatların nəticəsi ilə dini qaynaqlarda verilən məlumatlar üst-üstə düşür. Dini mənbələrdə görə, Sədum şəhərinin altı-üstünə çevrilir. Arxeoloqlar da bildirirlər ki, o ərazidə güclü zəlzələ olub, hətta fəlakətin qalıqları bu gün də orada qalmaqdadır. Arxeoloq Verner Keller də təsdiq edir ki, Sədum şəhəri Ölü dənizin altında qalıb”.
S. Məmmədli onu da qeyd edib ki, homoseksuallıq xəstəlik deyil və Allah heç kəsi homoseksaul yaratmır: “Allah bizi yaradılış etibarı ilə kişi və qadın olaraq yaradır. Bu əməl Rəbbin qoyduğu qaydalara tərsdir. Genetik araşdırmalara görə də homoseksual deyilən bir gen yoxdur”.
Androloq Ruslan Qüdrətov və psixoloq Elnur Rüstəmov verilişə telefon bağlantısı ilə qoşularaq, mövzu ilə fikirlərini bölüşüblər. Hər iki mütəxəssis bildirib ki, homoseksuallıq müalicə olunan bir haldır. R. Qüdrətov tibbə görə homoseksuallığın xəstəlik olmadığını qeyd edib.