İlahiyyatçı: "Qız qaçırmaq haramdır! O kişi 4 arvad ala bilər ki..."

Nişanlı müddətində kəbin kəsilməsi doğrudurmu?
Ata-ananın razılığı olmadan dini kəbin kəsilə bilərmi?
Qardaşın və ya bacının keçmiş həyat yoldaşı ilə evlənmək olarmı?

 

“İslama görə ailə qurmağın bir neçə şərti var. Bunlardan biri də tərəflər arasında məhəbbətin olmasıdır. İslam da ailə həyatında sevginin olmasını dəstəkləyir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rauf Hüseyn "Yaşıl orta" verilişində deyib. O bildirib ki,   ailənin məhəbbət üzərində qurulması önəmlidi: “ İkinci şərt ədalətdir. Bura tərəflərin hüquq və vəzifələri daxildir. Kişi və qadın həm öz hüquqlarıını bilməli, həm də qarşı tərəfin haqlarına hörmət etməlidi. Ailə üzvlərinin bir-birinə qarşı ədalətlə davranması müsəlman ailənin əsas  prinsiplərindən biridir”.

 

İlahiyyatçı qeyd edib ki, müsəlman kişi bir sıra qadınlarla evlənə bilməz: “Məhrəmiyyət məsələsidir. Bu barədə “Qurani-Kərim”də məlumat var. Ayədə buyrulur ki, kişi hansı qadınlarla evlənə bilməz. Məhrəm biri ilə ailə qurmaq dinimizə görə haramdı. Müsəlmanın qeyri-müsəlmanla ailə qurmasına münasibət isə ixtilaflıdır. Fərqli dini yanaşmalar var. Bütün hallarda niyyəti ciddi olan, ailə qurmaq istəyən oğlan və qız toydan əvvəl tanışa ola, görüşə bilərlər. Əlbəttə ki, dinin şərtləri və tələbləri daxilində bu mümkündü. Peyğəmbərimiz də tövsiyyə edib ki, evlənən insanlar bir-birini görüb, ünsiyyətdə olsunlar. Harama düşmədən, şəhvətə sövq edən söhbətlər olmadan görüşüb danışmaq olar”.

 

R.Hüseyn qeyd edib ki, dini kəbin üçün ata-ananın razılığı şərtdi: “Amma istisna hallarda bu şərt nəzərə alınmaya bilər. Məsələn, bəzi atalar heç bir əsaslı səbəb olmadan, sırf  eqosuna, inadına görə razılıq vermir. Əgər oğlan və qızın ailə qurması üçün heç bir dini məhdudiyyət və qadağa yoxdursa, belə xüsusi hallarda atanın razılığı alınmadan da kəbin kəsilə bilər. Amma daha yaxşı olar ki, valideyn rizası və xeyir-duası olsun”.

 

İlahiyyatçı kişinin 4 arvad almaq məsələsinə də aydınlıq gətirib: “Bu barədə açıq ayə var. Allah “Nisa” surəsinin 4-cü ayəsində belə buyurur: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dördnəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin. Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır”.  Bir kişinin 4 qadına qarşı maddi və mənəvi olaraq ədalətlə davranması mümkün deyil. Odur ki, ayədə də  müsəlman kişinin bir qadınla kifayətlənməsi buyrulur”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR