İnsan cinlə evlənə bilər? Peyğəmbərin meracı yalandı?

Peyğəmbərin meracı yalandı?

 

 

“ Allahın və insanların yaratdığı din var. Biri beynəlxalq həqiqətləri, digəri isə uydurma inancları ehtiva edir”.

 

 

Bunu  ilahiyyatçı Aydın Mülayim  “Yaşıl orta” verilişində deyib.  O bildirib ki, bir sıra din xadimləri insanlara islamla bağlı yanlış məlumat verir: “ Bunun nəticəsində də yanlış təsəvvürlər, xurafat yayılır. Yer üzündə iki din var: birinin qurucusu Allah, digərinin isə insanlardı. İkinciyə parallel din də demək olar.  Təəssüf ki, həqiqətləri təhrif edən, hətta gerçək islamın yayılmasına əngəl olan din xadimləri də var.  Məhz  buna görə də günümüzdə islamla bağlı fikirlər birmənalı deyil. Din deyiləndə bəzi insanlarda qorxu, şiddət yada düşür. Halbuki, islam bir günəşdir. Olduğu kimi yaşandığı zaman insanlara ancaq fayda verə bilər”.

 

A.Mülayim islama görə hər kəsin Allah qarşısında məsuliyyət daşıdığını söyləyib: “ İslam beynəlxalq həqiqətlər toplusudur. Lakin bu gün “Qurani-Kərim” yas məclislərinin kitabıdırsa, “Allahu əkbər” deyərək baş kəsilirsə, deməli müsəlmanlar gerçək islamdan çox uzaqdırlar. Dinimizdə sektalara, məzhəblərə ayrılmaq da yoxdur”.

 

İlahiyyatçı son günlər dindarların müzakirə etdiyi merac  məsələsinə də toxunub:

“ Bu hadisə uydurma deyil. Meracla bağlı ayə də var. Odur ki, hadisənin inkar edilməsini doğru saymıram. Eləcə də qəbir əzabının olacağı doğrudur. “Mömin”  surəsinin 46-cı ayəsini dəlil olaraq göstərə bilərik”.

 

A.Mülayim hədislərin inkar edilməsinə də münasibət bildirib: “Dinin əsas qaynağı “Qurani-Kərim”dir. Meyar və ölçü odur.Ayələrlə uzlaşan hədisləri də qəbul etmək olar. Lakin əgər hədis “Qurani-Kərim”ə  ziddirsə, demək səhih deyil. Kimdən rəvayət edilməsindən asılı olmayaraq, doğru sayılmamalıdır”.

 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR