Cadudan necə qorunmalı? Cadu edilibsə, falçıya getmədən bu yolla təmizləyin...
Falçı kimlərə cadu edə bilmir? Cadu olunan insanlarda hansı əlamətlər var?
" İslam bəd nəzərin varlığını qəbul edir. Göz dəyməsi var və müsəlman ondan qoruna bilər. Bunun üçün xüsusi dualar və “Qurani-Kərim” ayələri var”.
Bunu Yaşar Qurbanov “Yaşıl orta” verilişində deyib. O bildirib ki, bəd nəzər və cadudan qorunmaq üçün “Qurani-Kərim”in son surələrini hər gün oxumaq lazımdır: “ “İxlas”, “Fələq” və “Nas” surələrinin enmə səbəbi də bununla bağlıdır. Dualarla qorunan müsəlmana bəd nəzər və cadu zərər verə bilməz”.
İlahiyyatçı qeyd edib ki, bəz nəzər və cadudan yalnız islamın buyurduğu qaydada qorunmaq olar: “ Çox zaman göz muncuğu, at nalı, üzərlik, tikan kimi vasitələrə də əl atırlar. Guya onlar insanı gözdən qoruyur. Tamamilə yanlış bir fikirdir. Hər kəsin rahatlıqla sındıra biləcəyi əşya insana necə kömək edə bilər? Bu cür vasitələr haramdır və şirkdir. Bildiyiniz kimi Allaha şərik qoşmaq isə ən ağır günahlardan biridir. İndiyədək bunun haram olduğunu bilməyən və göz muncuğundan istifadə edən müsəlman varsa, dərhal tövbə etməli və Rəbbə sığınmalıdır. Unutmamalıyıq ki, bizim qüdrətli Yaradanımız ar. Hər məsələdə yalnız və yalnız ona təvəkkül etməli, Rəbbimizdən istəməliyik. Əks halda insan nəinki fayda tapmaz, hətta zərər görər”.
Y.Qurbanov əşyaların nə üçün şirk sayıldığına da aydınlıq gətirib: “ Sən kainatı yaradan uca Allahı tərk edib, qəlbini daş parçasına bağlayırsan. Onu da Rəbbimiz yaradıb. Bu cür batil inanclara inanmaqla ilk növbədə özünə zərər verirsən. Çünki sən Allahı, nəticədə isə Allah da səni tərk edir. Peyğəmbərimiz nəfslə bağlı çox gözəl dualar edərdi: “Ey Rəbbim! Bir an, bir göz qırpımı belə məni öz nəfsimə tərk etmə”. Amma nəfsinə yenilən, şirk qoşan müsəlmanlar üçün də tövbə qapısı hər zaman açıqdır. Allah tövbələri qəbul edən və bağışlayandır”.
İlahiyyatçının sözlərinə görə, cadugərlər, falçılar əsasən Allahı zikr etməyən insanlara təsir göstərir: “ Allah “Qurani-Kərim”in “Bəqərə" surəsinin 102-ci ayəsində cadugərliyi küfr adlandırır. Kim bu günah əməli edirsə, axirətdən onun payı yoxdur. Şeytana səcdə edənlər cəhənnəm əhli olacaqlar”.
Y.Qurbanov cadu edilən insanın əlamətləri barədə də ətraflı məlumat verib. O bildirib ki, cadunu cadu ilə təmizləmək olmaz: “ Cadu bir nəcisdir. Nəcis nəcislə təmizlənməz. Bunun dində öz qaydaları var. Müsəlman onlardan istifadə etməklə cadunu dəf edə, təmizlənə bilər”.