Elşad Mirinin "Hz.Mehdi gəlməyəcək və Quran müqəddəs deyil" iddialarına cavab!

Hz. Mehdi nə zaman və hansı ölkədə zühur edəcək? Müsəlmanlar onu necə tanıyacaq? Hz.Mehdi sağdırsa, indi hardadır və yaşayışı necədir?

 

“Həzrəti Mehdi əleyhissəlam peyğəmbərimizin nəslindəndir, 12-ci imamdır. 11-ci İmam Həsən ibn Əli əl-Əskərinin övladıdır, anası isə Rum padşahının nəvəsi Nərcis xatundur”. 

 

Bunu “Corat” məscidinin axundu Hacı Sahib Məmmədov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, Hz. Mehdi  5 yaşında imamlığa çatıb və 69 il kiçik qeyb dövrünü yaşayıb. Bu müddətdə 4 xüsusi nümayəndələri vasitəsilə ilə əlaqə saxlayıb. 69 ildən sonra böyük  qeyb dövrü gəlir. İndiyədək də qeybdədir.  Onunla bağlı dini qaynaqlarda məlumatlar var. Hədisdə buyrulur ki, peyğəmbərin adında olacaq və 2 qeyb dövrü yaşayacaq.  Hz. Mehdinin nə zaman gələcəyi məlum deyil. Amma mənbələrdə keçir ki, qiyamətə  1 gün qalsa belə Allah-Təala onu yer üzünə göndərəcək. Əsas missiyası haqq-ədaləti bərqərar etmək olacaq. O, sağdır və hazırda  insanların arasında yaşayır”.

 

İlahiyyatçı Samir Əzizov isə “Qurani-Kərim”də Hz.Mehdi ilə bağlı ayələrin olduğunu qeyd edib: “Açıq şəkildə adı çəkilməsə də, barəsində bəhs olunur. Məsələn, “Tövbə” surəsi nin 33-cü, “Nuh” surəsinin 55-ci ayələri bu haqdadır. Buyrulur ki, qiyamətə yaxın bir zamanda Yer üzündə saleh bəndələrin hakimiyyəti  gerçəkləşəcək. Haradan çıxacağı ilə bağlı fərqli fikirlər var. Bəzi qaynaqlara görə,  Mədinə və Mədinə ətrafında zühur edəcək. O, insanları yaxşı tanıyır. Amma adamların onu tanıması hələlik mümkün deyil.   İmam Mehdi əleyhissəlamın intizarını dərk edir və gözləyirik. İntizar özü bir əməldir. Hədislərdə buyurulur ki, İmam Mehdini gözləmək ən fəzilətli əməllərdəndir”.

 

S.Məmmədov “Mehdi” adının mənası barədə də məlumat verib: “ “Mehdi” əslində adı deyil, ləqəbidir. Adı Məhəmməddir. “Məhdi” sözünün mənası hidayət olunmuş deməkdir. İnsanları hidayət edəcək. Hz.Mehdi qocalmır, rəvayətlərə görə təxminən 30-40 yaşlarında zühur edəcək”. 

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR