Alimdən şok iddia: "Nuh peyğəmbərin mobil telefonu olub"

İlahiyyatçıların alimin iddialarına cavabı nə oldu?

Nuh peyğəmbər oğlu ilə necə əlaqə saxlayıb? Texniki əlaqə vasitəsindən söhbət gedə bilərmi?

İntihar edənin axirətdə aqibəti: bağışlanma, yoxsa əbədi cəhənnəm?

Niyə özünə qəsd edən cəhənnəmlikdir?

 İslamdan intihar əleyhinə 4 qızıl qayda! Bu qaydalara əməl edən şəxs intihar etməz!

 

“ İlahiyyatçı olaraq,  bu gün gənclərin dindarlaşmasına müsbət yanaşıram. Çünki islam dəyərləri insanı bir sıra pis   vərdişlərdən,  zərərli davranışlardan çəkindirir. Bu isə bütövlükdə cəmiyyət üçün faydalıdır”.

 

Bunu ilahiyyatçı Aslan Həbibov “Yaşıl orta” verilişində deyib. Gənclər və  islam mövzusunun müzakirə olunduğu verilişdə digər ilahiyyatçı  Elvüsal Məmmədov da iştirak edib. Gənclərin dindarlaşması ilə bağlı sualları cavablandıran A.Həbibov qeyd edib ki, bəzən yanlış olaraq islam radikalizmlə eyniləşdirilir: “ Dindən ehtiyat edən, təhlükəli olduğunu düşünən   vətəndaşlarımız da var. Bu fikri daha çox İŞİD, Əl-Qaidə  kimi terror təşkilatları yaradır.  Halbuki gerçək islamda radikallığıa əsas yer yoxdur. Odur ki, hər dindarın, namaz qılanın İŞİD üzvü olacağını düşünmək doğru deyil. Avropadakı islamofobiyanın kökündə də məhz bu yanaşma var, terroru  islamla eyniləşdirirlər”.

 

A.Həbibovun sözlərinə görə, radikallığın qarşını almaq üçün güclü kontur  təbliğat aparılmalıdır: “ Din bir ehtiyacdır və bir şəkildə qarşılanmalıdır. Gənclər informasiyanı daha çox internetdən əldə etməyə üstünlük verirlər. Orada isə  bir çox zərərli məlumatlar da var. Odur ki,  internetə gerçək islam,   dini prinsiplər barədə daha geniş məlumatlar yerləşdirilməlidir. Radikallığa qarşı əks təbliğata ciddi ehtiyac var”.

 

İlahiyyatçı E.Məmmədov da mövzu ilə bağlı  fikirlərini bölüşüb.  O, bildirib ki, islamla bağlı Azərbaycan dilində kifayət qədər ədəbiyyat var: “Dini öyrənmək istəyən gənc bu sahədə sıxıntı çəkmir. Axirət, ibadət və digər önəmli dini mövzular barədə  yetərincə resurs var. İyirmi illik müddətdə bir çox vacib kitablar dilimizə tərcümə olunub. Düzdür, ali təhsil üçün əldə olan ədəbiyyat  bəs etmir. Amma  dinini öyrənmək istəyən müsəlman üçün lazım olan əsas məlumatlar dərc olunub, satışda var”.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR