İlahiyyatçı: "Qızın bədəninə girmiş cin başladı..."

Cin hansı evə və niyə gəlir? 

Cinin insan vücuduna girməsi doğrudurmu?

Bədəninə cin girmiş insanda hansı əlaamətlər olur?
Cinlər harada yaşayır? 
Gözə görünməsi mümkündürmü? 
Cinçıxarmaqla bağlı ayinlər həqiqətdir, yoxsa uydurma?

 

“ Allah “Qurani-Kərim”də buyurur ki, mən insanları və cinləri yalnız mənə ibadət etsinlər deyə yaratdım. Həmçinin qeyri-maddi varlıqlarla bağlı başqa ayələr də var. Yəni müsəlman cinlərin mövcudluğunu inkar edə bilməz, bu müqəddəs kitabımıza ziddir. Dini qaynaqlara görə cinlər var və bizim kimi yaşayırlar”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Ceyhun Şükürov “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, insanlar kimi cinlərin də yaşadılış qayəsi Allaha ibadət etməkdir: “Cinlər gözə görünməsə də bir cəmiyyət şəklində yaşayır, evlənir və artırlar. Necə yaşamalarına dair ətraflı məlumat olmasa da, daha çox natəmiz  və xarabalıq yerlərdə məskən saldıqları bildirilir. Onların da müsəlmanı və kafiri var. Hədislərdən məlumdur ki, Allah rəsuluna iman gətirib, beyət edən cinlər olub. Hz.Məhəmməd həm də cinlərin peyğəmbəridir. ”.

 

İlahiyyatçı qeyd edib ki, bəzi kafir cinlər insanların evində yaşayır: “Məqsədləri adamlara əziyyət verməkdir. Allah zikr olunan mənzilləri sevməz, orada qalmazlar. Cinləri olduğu kimi görmək mümkün deyil. Lakin başqa cildlərə, məsələn insan, yaxud da heyvan qifayəsinə girə bilirlər”.

 

C.Şükürovun sözlərinə görə, cinlər insan vücuduna daxil ola bilirlər: “Bu xüsusən də sehr, cadu edilmiş adamlarda olur. Bədəninə cin girmiş şəxsdə müəyyən hallar baş verir. Bunu ancaq mütəxəssislər təyin edə bilərlər. Bu gün insanları aldadıb, pul qazanan cindarlar var. Tövsiyyə edirəm ki, elələrinə etimad göstərməsinlər.  Bədəndən cin çıxarmağın xüsusi ayinləri var və bunu hər ilahiyyatçı bacarmaz. Həmin ayinləri icra edən şəxsin imanlı və təqvalı olması çox önəmlidir. Xüsusi dualarla xəstəni belə bir bəladan xilas etmək mümkündür. Elə  dualar var ki, onları oxuyanda cin dözə bilmir və vücudu tərk edir. Cin bədəndən çıxandan sonra həmin adam özünə gəlir. Nəticəni xəstənin özü və ailə üzvləri hiss edə bilir”.

Müəllif | Apa.Tv
Könül Cəfərli

OXŞAR XƏBƏRLƏR