Aşuranın fəlsəfəsi, hikməti nədir? | Yaşıl Orta
APA TV-nin efirində yayımlanan “Yaşıl orta” verilişində Məhərrəm ayı və İmam Hüseynin şəhidliyi mövzusu müzakirə olunub.
İmam Hüseyn şəhid olub cənnətə gedibsə, onun üçün ağlayıb matəm tutmaq doğrudurmu? Məhərrəmliyin fəlsəfəsi nədir?
Bu və digər sualları Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli cavablandırıb:
- Kərbəla hadisəsini ancaq faciə kimi qeyd etmək düzgün deyil.
- İnsan şəhidlik zirvəsinə ucalmaqla öz Rəbbinə qovuşur, burda kədərlənməli bir şey yoxdur.
- İmam Hüseynin amalları XXI əsrdə də aktuallığını itirməyib.
- Kərbəla hadisələrinin qeyd olunması birliyə xidmət edir, mərhəmət hislərini insanlara aşılayır.
- Kərbəla hadisəsini və İmam Hüseyni bir millətə aid etmək kökündən yanlışdır.
- Kərbəla hadisəsinin qəhrəmanlarının ürəyində zərrə qədər dünya mənfəəti olmayıb, bu hərəkat Allah rizasına görə baş tutub.
- Məhərrəmlikdə fanatikcəsinə edilən əməllər bizə yaddır.
- Məhərrəmlikdə qan vermə aksiyasının təşəbbüskarı Azərbaycandır.