Şəhidin məqamı və üstünlüyü nədir? | Yaşıl Orta
Şəhid kimə deyilir?
Şəhidin məqamı və üstünlüyü nədir?
APA TV-nin “Yaşıl Orta” verilişində “Təzəpir” məscidinin axundu Mircəfər Eyyubov şəhidliklə bağlı bu və ya digər sualları cavablandırıb:
- İmam Hüseyn şəhidlikdən çox ucadır.
- Şəhidlərin islam və ya vətən şəhidləri deyə ayrılması doğru ifadə deyil.
- İslam dinində dəyişməyən aksiomaya görə heç nə unudulmur.
- İslamın ən mühüm mənbəyinin biri qurandırsa, digəri ailədir.
- İnsanlar düşüncədə qəbul etmədiklərini həyata keçirmirlər.
- Ən böyük elm şəhidi adlanan şəxslərdən biri Sokrat olub.
- Mübariz İbrahimov haqqını qorumaq üçün, heç bir maddi mənafe güdmədən canını fəda edib.
- Dinimizdə insan haqlarının bağışlanması o qədər mühümdür ki, hətta canını fəda edən biri üçün bu mübahisə doğurur.
- İnsan hər günah etdikcə qəlbə bir ləkə düşür.
- İnsanların hamısı öldükdən sonra diridir, lakin şəhidlərin mövqeyi tam fərqlidir.
- Hər kəs ölüm mələyi ilə mübarizə aparır, amma şəhidlər canını könüllü verir.