Havanın temperaturu artdıqca hotellərin qiyməti niyə qalxır? – ARAŞDIRMA

 

Bakıda otaqlarının günlük qiyməti 10 min manata qədər olan hotellər olsa da, əksəriyyəti 30 manatdan başlayır. Qiymət fərqi otağın növünə, xidmət səviyyəsinə görə dəyişir. Bölgələrdə isə eyni səviyyəli hotellərin qiyməti paytaxtdakına nisbətən yüksəkdir. Qiymətlər tətil günlərində və yay mövsümündə bir az da artır. Bölgələrdəki hotellərdə də yay mövsümünün gəlişi ilə əlaqədar qiymət artımı gözlənilir. Ekspertlər deyir ki, bölgələrdəki hotellərdə qiymətlərin yüksək olması turist axını nəticəsində yaranan tələbatla bağlıdır. Regionlardakı qiymətlər həm də seçim imkanlarının az olması ilə əlaqələndirilir. Alternativlərin olmaması büdcəyə uyğun seçim şansını sıfırlayır. Qeyd edək ki, Azərbaycanda təxminən 750 hotel var. Bunların da əksəriyyəti bölgələrdə yerləşir.

ORXAN ASLAN İLKİN RZAYEV HƏZRƏT BAYRAMLI RÖVŞƏN ALMAZOĞLU APA TV

Müəllif | Apa.Tv
Apa.tv