Dünyanın bu günü - 01.03.2020

 

1. İlk azərbaycanlı qadın alim, pedaqoq Zümrüd Qulam qızı Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. 

2. Sovet Azərbaycanının partiya və dövlət xadimi Elmira Mikayıl qızı Qafarova 1934-cü il martın 1-də Bakının Balaxanı qəsəbəsində qulluqçu ailəsində doğulub.

3. Azərbaycanın əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq, rejissor Aydın Ərşad oğlu Dadaşov 1952-ci ilin bu günü Ağdam şəhərində anadan olub.

4. Fizika-riyaziyyat elmləri doktoru, professor, şair, yazıçı, publisist və tərcüməçi İsayev Hamlet Abdulla oğlu (Hamlet İsaxanlı) 1948-ci il martın 1-də Gürcüstanın Qarayazı rayonunun Kosalı kəndində doğulub.

5. Məşhur türkiyəli maneken, teatr və kino aktrisası Aydan Şener 1963-cü il martın bu günü Kilisdə dünyaya göz açıb.

6. Şəhid Yasif Fəzi oğlu Kərimov 1 mart 1973-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub.

7. Azərbaycanın əməkdar artisti, diktor Hicran Soltan oğlu Hüseynovun xatirə günüdür. O, 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib.

8. Azərbaycan aktrisası Lütviyyə Şamil qızı Səfərovanın anım günüdür. O, 1941-ci il martın 11-də anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv