Dünyanın bu günü - 02.02.2020

1. Azərbaycanda 2 fevral - Gənclər Günü kimi qeyd olunur. 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin I Forumu keçirilib. 2. Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Ağası oğlu Axundov 1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olub. 3. Şəhid Akif Abbas oğlu Əkbərov 1952-ci ilin bu günü Cəbrayıl rayonunun Balyand kəndində anadan olub. 4. Azərbaycanın Milli Qəhrəmanı Bəşir Kərimov 2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 5. Bu gün Qafqaz əsilli Türkiyə hərbiçisi Mürsəl Bakinin anım günüdür. O, 1881-ci ildə Ərzurumda dünyaya gəlib, 1904-cü ildə Hərbi Akademiyanı bitirərək kapitan rütbəsində xidmətə başlayıb.

Müəllif | Apa.Tv
Apa.tv