Dünyanın bu günü - 02.03.2020

1. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunub.

2. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Məzahir İzzət oğlu Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib.

3. Şəhid Nazim İbrahim oğlu Cəbrayılov 1949-cu il martın bu günü Ağdam şəhərində anadan olub.

4. Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış ictimai və siyasi xadimi Əkbərağa İbrahim oğlu Şeyxülislamovun xatirə günüdür.

5. 2 Mart həm də mətbuat xadimi, naşir, publisist Oruc Əli oğlu Orucovun anım günüdür.

6. Texnika elmləri doktoru, professor Qeybulla Ramazan oğlu Qeybullayev də bu gün xatırlanır.

7. Azərbaycanın ilk radio və televiziya rejissoru Rauf Mirmahmud oğlu Kazımovskinin xatirə günüdür.

8. Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Tahir İsmayıl oğlu Əkbər 2018-ci ilin bu günü dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv