Dünyanın bu günü - 03.02.2020

 

1) Yazıçı, salnaməçi, jurnalist, tərcüməçi, redaktor Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada anadan olub.

2) Azərbaycanın Milli Qəhrəmanı Bəylər Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qaraağac kəndində anadan olub.

3) Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev 3 fevral 1949-cu il Tərtər rayonunda doğulub.

4) İctimai xadim, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu Məhəmmədəli Rəsulzadənin xatirə günüdür.

5) Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimlərindən biri, parlamentin üzvü, görkəmli maarifçi, İrəvandakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü Həmid ağa Xəlil oğlu Şahtaxtinskinin anım günüdür.

6) Görkəmli aktyor Hamlet Bəbir oğlu Xanızadə də bu gün xatırlanır. O, 5 iyun 1941-ci ildə Bakının Şağan kəndində doğulub.

7) 1924-cü il fevralın 3-də Bakıda ilk tramvay nəqliyyatı işə salınıb. İlk dəfə 1923-cü ildə elektrik tramvay xəttinin çəkilməsinə başlanıb. 2002-ci ildə isə Bakıda tramvay nəqliyyatı ləğv olunub.

Müəllif | Apa.Tv
Apa.tv