Dünyanın bu günü - 03.03.2020

1. Görkəmli hərb xadimi, artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirinin müavini Əliağa İsmayıl ağa oğlu Şıxlinski 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasının Qazaxlı kəndində anadan olub.

2. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, pedaqoq Abdulla bəy İsmayıl oğlu Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində dünyaya gəlib.

3. Azərbaycanın dövlət və siyasi xadimi Məhəmmədhəsən Cəfərqulu oğlu Hacınski 1875-ci il martın 3-də Bakıda anadan olub.

4. Azərbaycanın əməkdar mədəniyyət işçisi, yazıçı, nasir, tərcüməçi, Süleymanov Manaf Fərəc oğlu 1912-ci il martın bu günü İsmayıllı rayonunun Lahıc qəsəbəsində doğulub.

5. Yazıçı-nasir, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi Fərman İsmayıl oğlu Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olub.

6. Azərbaycanın əməkdar incəsənət xadimi, şair, ədəbiyyatşünas, filologiya elmləri namizədi Hökumə (Həkimə) İbrahim qızı Billuri 1926-cı ilin bu günü Güney Azərbaycanın Zəncan şəhərində dünyaya göz açıb.

7. Ədəbiyyatşünas, dilçi, professor Qəzənfər Şirin oğlu Kazımov 3 mart 1937-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.

8. Azərbaycan əməkdar artisti, aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü il martın bu günü Güney Azərbaycanın Zəncan şəhərində dünyaya gəlib.

9. Azərbaycan əməkdar artisti, teatr aktrisası Cəvahir Allahverdi qızı İsgəndərova 3 mart 1914-cü ildə Tiflisdə anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv