Dünyanın bu günü - 04.02.2020

1. Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, süni intellekt sahəsində professor Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub.

2. Azərbaycanın və Türkmənistanın xalq artisti, Azərbaycanın və Dağıstan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar və müğənni Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda SSRİ xalq artisti Bülbülün ailəsində doğulub.

3. Azərbaycanın xalq artisti, muğam ifaçısı Səkinə Qulu qızı İsmayılova 1956-cı ilin bu günü anadan olub.

4. Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində dünyaya gəlib.

5. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Hüseyn oğlu Əlizamanlı 1959-cu il fevralın 4-də Borçalının Marneuli rayonunda anadan olub.

6. Azərbaycan Ordusunun zabiti, şəhid Vaqif Mahir oğlu Dərvişov 1978-ci il fevralın 4-də Bakıda ziyalı ailəsində dünyaya gəlib.

7. Azərbaycan aktyoru və rejissoru Miribrahim Tağı oğlu Həmzəyevin xatirə günüdür. O, 1908-ci il dekabrın 25-də Gəncə şəhərində anadan olub.

Müəllif | Apa.Tv
Apa.tv