Dünyanın bu günü - 04.10.2019

1) Azərbaycanda baş verən 4 oktyabr dövlət çevrilişinə cəhdindən 25 il ötür.

2) Azərbaycanın xalq artisti, milli caz və estrada musiqisinin banilərindən biri, bəstəkar, pianoçu, dirijor Tofiq Quliyev 2000-ci ilin bu günü Bakı şəhərində dünyasını dəyişib.

3) Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri, Tənqid-Təbliğ Teatrının direktoru və bədii rəhbəri Hacıbaba Bağırov 4 oktyabr 2006-cı ildə 74 yaşında vəfat edib.

4) Dünyanın ən məşhur kəşfiyyatçılarından Rixard Zorge 4 oktyabr 1895-ci ildə Bakının Sabunçu qəsəbəsində doğulub.

5) 1957-ci ildə SSRİ dünyada ilk dəfə olaraq kosmosa süni peyk göndərib. Həmin peyk 4 ay ərzində yerətrafı orbitdə 1440 dövrə vurduqdan sonra atmosferdə yanıb.

Müəllif | Apa.Tv
Apa.tv