Dünyanın bu günü - 05.01.2020

 

1. Opera artisti, əməkdar incəsənət xadimi, Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəylinin anadan olmasının 125-ci ildönümüdür.

2. Azərbaycan yazıçısı, publisist, tərcüməçi, 1956-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlfi Qasımov 1927-ci il 5 yanvarda Ağdam rayonunun Poladlı kəndində doğulub.

3. Pakistanının dövlət xadimi, 10-cu baş naziri və 4-cü prezidenti Zülfüqar Əli Bhutto 1928-ci il yanvarın bu günündə Britaniya Hindistanının Larkana şəhərində anadan olub.

4. Azərbaycan teatr və kino aktrisası Əliyeva Kubrabəyim Ağa qızı 5 yanvar 1950-ci ildə Gəncə şəhərində anadan olub.

5. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elgiz Kərimov 5 yanvar 1971-ci ildə Bərdə rayonunda anadan olub.

6. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Əslən Şuşanın Mirzələr kəndindən olan Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının bu günündə Xankəndində doğulub.

Müəllif | Apa.Tv
Apa.tv