Dünyanın bu günü - 05.03.2020

 

1. Sovet İttifaqı Qəhrəmanı, matros Qafur Nəsir oğlu Məmmədov 1922-ci il martın 5-də Bakıda anadan olub.

2. Görkəmli teatr və kino aktyoru Məmmədsadıq Qafar oğlu Nuriyev 1919-cu il martın bu günü Bakının Sovetski adlanan dağüstü məhəlləsində doğulub.

3. Azərbaycanın əməkdar elm xadimi, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Dövlət Mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Vahid oğlu Qarayev 1936-cı il martın 5-də Şəki şəhərində anadan olub.

4. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Orxan Ələsgər oğlu Müstəcəbov 1993-cü ilin 5 mart günündə Qobustan rayonunun Bədəlli kəndində dünyaya göz açıb.

5. Azərbaycanın əməkdar artisti, Azərbaycan televiziyasının ilk diktor-jurnalisti Gülşən Məmməd qızı Əkbərova 1953-cü il martın bu günü Bakı şəhərində ziyalı ailəsində anadan olub.

6. Azərbaycanın xalq artisti , teatr və kino aktrisası Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda doğulub.

7. Azərbaycan kino aktyoru və rejissoru Ceyhun Cəmil oğlu Mirzəyevin anım günüdür. O, 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 8. Dünyanın ən məşhur diktatorlarından biri, SSRİ-yə ən çox rəhbərlik etmiş İosif Vissarionoviç Stalin 5 mart 1953-cü ildə vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv