Dünyanın bu günü - 05.11.2019

 

1) Bu gün Azərbaycanın satirik şairi Baba Pünhanın doğum günüdür.

2) Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində anadan olub.

3) Kanadalı rok musiqisi ulduzu, müğənni, bəstəkar və fotoqraf Brayan Adams 5 noyabr 1959-cu ildə anadan olub.

4) Tanınmış Azərbaycan şairi, filoloq, rəssam, xəttat və musiqişünas Mirmöhsün Nəvvab 1918-ci ilin bu günü dünyasını dəyişib.

5) Tanınmış Azərbaycan ədəbiyyatşünası və publisisti Vəli Xuluflu 1938-ci ildə repressiya dövründə həlak olub.

6) Azərbaycanın xalq artisti, "Humay" mükafatı laureatı Eldəniz Zeynalov 2002-ci il noyabrın 5-də dünyasını dəyişib.

Müəllif | Apa.Tv
Apa.tv