Dünyanın bu günü - 06.02.2020

1. Azərbaycanın xalq artisti, aktyor və rejissor, ssenari müəllifi Lütfi Şahbaz oğlu Məmmədbəyov 6 fevral 1927-ci ildə Ağdaşda anadan olub.

2. Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Minaxan oğlu Abdullayev 1950-ci ildə Bakı şəhərinin Əmircan kəndində doğulub.

3. Azərbaycanın xalq artisti, aktrisa Firəngiz Şərifova 6 fevral 1924-cü ildə Bakıda xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində anadan olub.

4. Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli teatr və kino aktyoru, Prezident təqaüdçüsü Rafiq Əşrəf oğlu Əzimov 1938-ci ilin bu günü Bakıda doğulub.

5. Azərbaycanın xalq artisti, Müdafiə Nazirliyi Hərbi Dəniz Orkestr Xidmətinin rəisi, general-mayor, hərbi dirijor və pedaqoq Yusif Yevgenyeviç Axundzadə 1946-cı il fevralın 6-da Bakı şəhərində anadan olub.

6. Azərbaycanın xalq artisti, xanəndə Teyyub Şueyib oğlu Aslanov 6 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub.

7. Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Seyidov 1970-ci il fevralın 6-da Babək rayonunun Qaraxanbəyli kəndində anadan olub.

8. ABŞ-ın 40-cı prezidenti Ronald Uilson Reyqan 1911-ci ilin bu günü İllinoysda dünyaya gəlib. 1932-ci ildə Evrika Kollecini bitirib və bir neçə regional radiostansiyada idman şərhçisi olaraq çalışıb, filmlərdə kinoaktyor kimi çəkilib.

Müəllif | Apa.Tv
Apa.tv