Dünyanın bu günü - 06.03.2020

1. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin anım günüdür.

2. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qurucularından olan general-mayor İbrahim ağa Musa ağa oğlu Usubov 1872-ci il martın 6-da Qazax rayonunun Salahlı kəndində doğulub.

3. Qazax alimi, tarixçisi, etnoqrafı, folklorçusu, səyyahı, maarifçisi, Rusiya Ordusu Baş Qərargahının zabiti, kəşfiyyatçı Çokan Çingiz oğlu Vəlixanov 1835-ci il martın bu günü Qazaxıstanın Kokçetav (Göycədağ) vilayətinin Kuşmurun qəsrində dünyaya göz açıb.

4. Kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Əjdər Əkbər oğlu Məcidov 1938-ci il martın 6-da Bakı şəhərinin Sabunçu qəsəbəsində anadan olub.

5. Sovet dövlət xadimi, SSRİ-nin fəxri neftçisi, Azərbaycan neft sənayesi nazirinin müavini, “Azneft” Birliyinin rəisi Nikolay Kostantinovic Baybakov

6 mart 1911-ci ildə Bakının Sabunçu kəndində neftçi ailəsində doğulub. 6. Dünyanın ilk qadın kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Valentina Vladimirovna Tereşkova 1937-ci il martın bu günü Rusiyanın Yaroslavl vilayətinin Tutayev rayonunun Böyük Maslennikovo kəndində dünyaya gəlib.

7. Kolumbiyalı yazıçı, jurnalist Qabriel Qarsia Markes 1928-ci ilin bu günü Kolumbiyanın Arakataka şəhərində anadan olub.

8. 20 yanvar şəhidi Zəbulla Xeyrulla oğlu Əliyev 1946-cı il martın bu günü Sabirabad rayonunun Kürkəndi kəndində doğulub.

Müəllif | Apa.Tv
Apa.tv