Dünyanın bu günü - 07.01.2020

1. Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor , Azərbaycan SSR EA-nın akademiki , Azərbaycan SSR əməkdar elm və texnika xadimi, Azərbaycan SSR EA-nın akademik katibi Mirəli Seyidəli oğlu Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olub.

2. Azərbaycanlı ədəbiyyatşünas, publisist, SSRİ xalq deputatı Vəli Hüseyn oğlu Məmmədov 1931-ci il yanvarın 7-də Yardımlı rayonunda doğulub. Yardımlı kənd orta məktəbində təhsil alıb.

3. Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti Rəşad Saləddin oğlu Atakişiyev 1985-ci il yanvar ayının bu günündə Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub.

4. Dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hərbi naziri Xosrov bəy Paşa bəy oğlu Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb.

5. Azərbaycanlı yazıçı, şair, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi Rəfiq Zəka Xəndan 1939-cu il 16 iyunda Bakıda anadan olub.

6. Nasir, ssenarist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Ələkbərzadə Çingiz Əbülhəsən oğlu 1936-cı il oktyabrın 17-də Bakı şəhərində dünyaya gəlib.

Müəllif | Apa.Tv
Apa.tv