Dünyanın bu günü - 07.02.2020

 

1) Xalq artisti, Azərbaycanın və Çeçenistanın əməkdar incəsənət xadimi, kinorejissor, ssenari müəllifi və aktyor Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu ildə Bakı şəhərində anadan olub.

2) Azərbaycanın əməkdar artisti Vahid Əsgər oğlu Əliyev 1952-ci ilin bu günü Tovuzda anadan olub.

3) Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

4) Azərbaycanın Milli Qəhrəmanı Firudin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub.

5) Azərbaycanın Milli Qəhrəmanı Nazim Abbas oğlu Babayev 7 fevral 1975-ci ildə Salyan rayonunun Aydıngün kəndində anadan olub.

6) Azərbaycanın Milli Qəhrəmanı Quliyev Nazim Qabil oğlu 1965-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində doğulub.

7) Azərbaycan rəngkarlıq sənətində novatorluğa yol açmış rəssam Bəhruz Şirəlibəy oğlu Kəngərli 1922-ci il fevralın 7-də 30 yaşında Naxçıvanda vəfat edib.

8) Azərbaycanın xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın xatirə günüdür.

Müəllif | Apa.Tv
Apa.tv